🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Suriyada Esədin devrilməsindən sonra Türkiyəyə mühüm mesaj

13.12.2024 07:47 9 baxış sayı 3 dəq. oxuma
Suriyada Esədin devrilməsindən sonra Türkiyəyə mühüm mesaj

Noyabrın 27-də, Suriyada başlayan və 12 gün ərzində 61 illik Bəas rejimini yıxan silahlı üsyan barədə həlledici xəbərlər yayıldı.


Suriyada yeni bir dövrün başlanğıcını qeyd edən üsyançıların lideri Əbu Mühəmməd əl-Culani, Türkiyə mətbuatına maraqlı açıqlamalar verdi. Takım geyimində kameralar qarşısına keçən Culani, Suriyada uzun illərdir davam edən vətəndaş müharibəsindən xalqın yorğunluğunu və Esəd rejimindən olan bezginliyi vurğuladı. Bu vəziyyəti fürsət bilərək hərəkətə keçdiklərini bildirdi.


Suriyanı tezliklə ayağa qaldırmağın vacibliyini qeyd edən Culani, Konstitusiya işlərinin davam etdiyini və Suriyanın dirçəlməsi üçün əlverişli bir iş planı üzərində çalışdıqlarını söylədi.


Suriyanın gələcəyində Türkiyənin mühüm rol oynadığını vurğulayan HTŞ lideri, verdiyi müsahibədə atılacaq addımlarda Türkiyənin dəstəyinin vacibliyini qeyd etdi.


Sednaya həbsxanasında baş verənlərə toxunan Culani, Esədin beynəlxalq məhkəmədə mühakimə olunması üçün sübutlar topladıqlarını və işgəncə verənlərin aşkarlanması üçün çalışdıqlarını bildirdi. Beynəlxalq insan haqları təşkilatlarını və Beynəlxalq Cinayət Məhkəməsini bura dəvət edəcəklərini və həbsxananın gələcəkdə muzeyə çevrilməsini planlaşdırdıqlarını söylədi.


Noyabrın 27-dən etibarən rejim əleyhinə silahlı qruplar ilə Bəşşar Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənmiş, 30 noyabr-7 dekabr tarixlərində Hələb, İdlib, Hama və Hums kimi böyük şəhərlərdə üstünlük əldə edilmişdir. 7 dekabrda Şama daxil olan üsyançılara əhalinin dəstəyi ilə rejim çökmüş və Əsəd paytaxtdan qaçmışdır.


Bundan əlavə, Suriyada Milli Ordusu da dekabr ayında başlanan "Azadlıq Səhəri" əməliyyatının ilk günündə Tel Rıfat rayon mərkəzini PKK/YPG-dən azad etmişdir. Münbiç rayonunun da azad edilməsi ilə Fırat çayının qərbindəki ən böyük terror yuvası təmizlənmişdir.


Paylaş: