Şuşa Radio-Televiziya Yayım Stansiyası yayıma başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib.
Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb.
Artıq respublika üzrə yayımı həyata keçirilən "AzTV”, "Mədəniyyət” TV, "İdman Azərbaycan” TV, "İctimai” TV, "CBC” TV, "CBC Sport”, "Real” TV, "Xəzər” TV, "Azad Azərbaycan” TV və "ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.
Eyni zamanda, "Azərbaycan” radiosu və "İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.
Oxşar xəbərlər
TRT işğaldan azad edilmiş ərazilərdə yayımlanacaq
Son Xeberler
Bu gün Azərbaycan televiziyası və radiosu günüdür
Son Xeberler
MTRŞ "Space TV" ilə bağlı qərarını açıqladı
Son Xeberler
Azərbaycanda bu kanalların efiri dayandırıldı -
Son Xeberler
Milli Televiziya və Radio Şurası
Son Xeberler
"Space"in yayımı dayandırılır
Son Xeberler