Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Babayev Orxan Sədail oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
Nazirlikdən verilən məlumata görə, O.Babayev 1994-cü ildə Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.
O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, Orxan Babayev ölümündən sonta "Vətən uğrunda" medalı ilə təltif olunub.
Oxşar xəbərlər: