🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Şuşan Stpenayan bu foto ilə ölkəsini ifşa etdi

25.10.2020 19:35 558 baxış sayı 2 dəq. oxuma
Şuşan Stpenayan bu foto ilə ölkəsini ifşa etdi

​Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan özünün "Facebook" səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşünün fotosunu yayıb.

Fotoda Tonoyanın yanında erməni hərbçilər əyləşib. Lakin diqqət çəkən məqam iki hərbçinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında olmasıdır.

Bir müddət sonra Şuşan Stpenayan həmin fotonu sosial şəbəkədəki səhifəsindən silib.

Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan Ordusunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında Suriyadan gələn terrorçular döyüşür. Görünən odur ki, əsl terrorçular elə məhz Tonoyanın yanında əyləşiblər.

Paylaş: