Şuşaya qayıdış... - Bu dəfə Ali Baş Komandan kimi
Bu gün Azərbaycan tarixində böyük gündür. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsini rəsmən açıqlamasından sonra respublikanın hər yerində bayram ab-havası yaşanır.
İndi şuşalılar 28 ildən sonra doğma yurduna qayıdacağı günü səbirsizliklə gözləyir. İlham Əliyev isə bu dəfə Şuşaya Ali Baş Komandan kimi gedəcək.
Dövlət başçısının bundan öncə Şuşaya səfəri 1982-ci ilə təsadüf edib.
Belə ki, həmin vaxt Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Təqdim etdiyimiz şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.
Tarixi gündə hazırkı Prezident İlham Əliyev də iştirak edib. Həmin dövrdə İlham Əliyevin 21 yaşı olub.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Şuşanın işğaldan azad olunduğunu xabərini verərkən "Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim. Şuşa işğaldan azad olundu" fikirlərini səsləndirib.
Fotonu rənglədi: Rəsul Həsən
Oxşar xəbərlər
Forza Horizon 5 "90-cı İllərə Qayıdış": Bilməli Ol...
Texnologiya xəbərləri
Mehriban Əliyevadan Şuşaya səfərlə bağlı yeni payl...
Son Xeberler
Şuşaya getmək istəyənlərin nəzərinə -
Son Xeberler
Sülhməramlılar Xankəndidən Şuşaya gedən yolda -
Son Xeberler
Qərbi Azərbaycan İcması bəyanat yaydı
Bugun.az
Prezident: "Füzulidə beynəlxalq aeroport tikiləcək...
Son Xeberler