🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Tarixi Sülh Müqaviləsinin Təfərrüatları Açıqlandı: Sirli Maddə İddiası

27.11.2024 06:47 10 baxış sayı 3 dəq. oxuma
Tarixi Sülh Müqaviləsinin Təfərrüatları Açıqlandı: Sirli Maddə İddiası

ABŞ Prezidenti Co Baydenin, Livan və İsrail hökumətlərinin təsdiqindən sonra elan etdiyi atəşkəs sazişi yerli vaxtla səhər saat 4-də (Bakı vaxtı ilə 5-də) qüvvəyə mindi.


Bayden, Livan Silahlı Qüvvələrinin 60 gün ərzində Livanın cənub sərhədinə yerləşdirilərək bu ərazinin nəzarətini təmin edəcəyini bildirdi. Sazişin, həmin ərazidən Hizbullah elementlərinin silahsızlandırılaraq Litani çayının şimalına keçməsini nəzərdə tutduğunu qeyd edən Bayden, 60 günlük müddət ərzində İsrail əsgərlərinin tədricən ərazidən çıxarılmasını söylədi.


ABŞ və Fransa Sazişə Dəstək Verəcək


Bayden, bu müddət ərzində Livanda heç bir amerikan əsgərinin xidmət etməyəcəyini də qeyd edərək, uzun müddət davam edən diplomatik səylər nəticəsində ABŞ və Fransanın rəhbərliyi ilə razılığa gəlindiyini vurğuladı. Prezident Bayden həmçinin, ABŞ və Fransanın başçılıq etdiyi beynəlxalq koalisiyanın atəşkəs sazişinin icrasında dəstək verəcəyini bildirdi.


10 min Livan əsgəri yerləşdiriləcək


Bayden, İsrail hücumları səbəbindən evlərindən didərgin düşən livanlılarla yanaşı, İsrailin şimalındakı yəhudi yaşayış məntəqələrinin sakinlərinin evlərinə qayıdışının təmin ediləcəyini də söylədi. Atəşkəsin qüvvəyə minəcəyinin elan olunmasından əvvəl mətbuatda yer alan iddialara görə, İsrail ordusunun və Hizbullahın geri çəkildiyi İsrail-Livan sərhədindən Litani çayına qədər olan əraziyə 5 min ilə 10 min arasında Livan əsgəri yerləşdiriləcək.


Saziş Mətnində Olmayan Öhdəlik


Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qərarına uyğun olaraq, Livandakı həmin qrupların yenidən silahlanmasının qarşısını almaq üçün, Livana silah satışı və ya Livan ərazisində silah istehsalı Livan hökuməti tərəfindən nəzarət ediləcək. Digər tərəfdən, mətbuatda yer alan digər bir iddiaya görə, "ABŞ, Hizbullahın sazişi pozması təsbit edilərsə, İsrailə yenidən hücum etmək hüququ tanıyan və saziş mətnində olmayan bir öhdəliyə girmişdir."


Paylaş: