🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB: Koronavirusa görə 146 nəfər reanimasiyadadır

17.06.2020 19:35 497 baxış sayı 1 dəq. oxuma
TƏBİB: Koronavirusa görə 146 nəfər reanimasiyadadır

Azərbaycanda koronavirusla bağlı 17 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, bu gün koronavirusa görə 5700 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 397 min 399-a çatıb.

Reanimasiyada olan xəstə sayı 146, süni tənəffüs cihazında olan xəstə sayı 29-dur.

İndiyədək ölkəmizdə 10 min 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib. Aktiv xəstə sayı 4783 nəfərdir.

Paylaş: