
Son Xeberler
9 abunə
Təhsil naziri iki müəllimi mükafatlandırdı
26.12.2020 07:40
453 baxış sayı
3 dəq. oxuma

Təhsil naziri Emin Əmrullayev könüllü dərs deyən müəllimlər barədə paylaşım edib.
Nazirin paylaşımını təqdim edirik
:
"Bildiyimiz kimi, başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Könüllülər ili" elan edilmişdi. Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə könüllülük hərəkatı geniş vüsət aldı. Bu sırada Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da oldu.
Bu ilin martından teledərslərin hazırlanması prosesinə könüllü qatılan, gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə Məmmədova və Qita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq, könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər.
Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər. Təhsil Nazirliyinin "Fəxri Fərman”ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha dərin təşəkkürümü bildirirəm".
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İsmayıllı məktəbinin müəllimi də şəhid olub -
Son Xeberler
625
18/11 12:48

BDU-nun müəllimi koronavirusdan ölüb -
Son Xeberler
691
28/06 19:18

Təhsil naziri yeni tədris ilindən
Son Xeberler
636
20/08 15:05

Təhsil Nazirliyi Firudin Qurbanova TAPŞIRILDI -
Son Xeberler
1,090
20/07 12:03

Təhsil naziri iki şöbə müdirini işdən çıxardı
Son Xeberler
557
02/09 11:18

Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbulun...
Son Xeberler
527
23/09 13:36


