Təhsil nazirindən tətil AÇIQLAMASI - RƏSMİ

16.10.2020 07:32 568 baxış sayı 1 dəq. oxuma
Təhsil nazirindən tətil AÇIQLAMASI -

“Ənənəvi olaraq noyabrda həftə sonları ilə birgə 9 gün tətil nəzərdə tutulurdu. Biz bu günləri hazırki qərarda nəzərdə tutulan günlərlə əvəzləşdirə biləcəyik”.

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Şagirdlər arasında kütləvi yoluxma hallarına rast gəlməmişik. İnternetdə bəzi platformada məhdudiyyətlər var. Bəzi müvafiq qurumlarla bununla bağlı əlaqə qurulub. Oktyabrın sonunda bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Biz bu çətinlikləri aradan qaldırmaq üçün bu tətildən istifadə edəcəyik", - nazir əlavə edib.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: