05.09.2020 20:25
6
abunə
372
Tərtərdə küp qəbirlər aşkar edildi

Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində təsərrüfat işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri, saxsı qablar və insan sümükləri aşkar olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, ərazi Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, təsərrüfat işləri dayandırılıb.

Həmin əraziyə Dövlət Xidmətinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Baxış zamanı arxeoloji tapıntının e.ə I əsrdən bizim eranın I əsrinə qədər olan dövrə aid olduğu ehtimal olunan 2 küp qəbir müəyyən olunub.

Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine