Tərtərin kəndində mülki əhali atəşə tutulub - VİDEO

26.08.2020 18:59 816 baxış sayı 2 dəq. oxuma
Tərtərin kəndində mülki əhali atəşə tutulub -

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozub.

Düşmən bu dəfə Tərtərin Qapanlı kəndini atəşə tutaraq mülki əhalini hədəf alıb.

Pulemyot və snayper tüfənglərindən atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.

Qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindən biri Tərtər rayonunun Qapanlı kəndidir. Təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə düşmən atəşindən zərər çəkməyən demək olar ki ev qalmayıb.

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: