Tovuzda birmərtəbəli ev yandı

13.10.2020 05:38 608 baxış sayı 1 dəq. oxuma
Tovuzda birmərtəbəli ev yandı

Tovuz rayonunun Hunanlar kəndində ümumi sahəsi 104 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 54 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: