
Toy və nişan mərasimləri keçirilə bilər - TƏKLİF

Düşünürəm ki, yoluxma sayında davam edən hazırki müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər.
Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, əlbəttə ki, mərasimlər yeni qaydalar çərçivəsində nəzarət mexanizmlərinin qurulması şərti ilə olmalıdır:
“Təbii ki, bu barədə son qərar operativ qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək.
Ümumiyyətlə hesab edirəm ki, payız aylarından sonra COVID-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi baxımdan müsbət nəticə verməklə yanaşı, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma biz vətəndaş olaraq ehtiyatlı davranmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq”.
Oxşar xəbərlər

Toylarla bağlı sevindirici xəbər
Son Xeberler

Restoranlar açılır, toylar isə oktyabradək olmayac...
Son Xeberler

Azərbaycanda referendum keçirilə bilər - ANONS VER...
Son Xeberler

Qaradağda nişan mərasimi etmək istəyən 16 nəfər cə...
Son Xeberler

Yas mərasimləri belə keçirilə bilər -
Son Xeberler

Qaradağda nişan mərasimi keçirmək istəyənlər cərim...
Son Xeberler