🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Toy və yas mərasimləri ilə bağlı: DEPUTAT AÇIQLADI

26.08.2020 17:11 609 baxış sayı 2 dəq. oxuma
Toy və yas mərasimləri ilə bağlı:

“Bütün idman yarışlarını bərpa etmək lazımdır. Artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır”.

Bu sözləri millət vəkili Fazil Mustafa öz “Facebook” səhifəsində qeyd edib.

“Əməl edənlər etsinlər, etməyənlər də özləri əziyyətini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin. Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni, bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.

 
 

 

Etiketlər

Paylaş: