🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Toylarla bağlı qərar: 30-40 nəfərdən çox olmamalıdır

26.07.2020 11:22 1,186 baxış sayı 2 dəq. oxuma
Toylarla bağlı qərar:

Tacikistanda koronavirus səbəbindən toylar üçün yeni qaydalar tətbiq ediləcək.

Ölkənin Dini İşlər Komitəsindən verilən məlumata görə, koronavirusun yayılmasının qarşısını almaq üçün Tacikistan Hökumətinin iclasının protokol təlimatları əsasında sabahdan etibarən toylar minimum sayda qonaqların iştirakı ilə ailələr arasında keçiriləcək.

İyulun 27-də tətbiq ediləcək yeni prosedura uyğun olaraq, toy mərasimində iştirak edənlərin maksimum sayı 30-40 nəfərdən çox olmamalıdır Bu qayda ölkədə koronavirusa yoluxma səviyyəsi sabitləşənə qədər qüvvədə olacaq.

Qeyd edək ki, Tacikistanda toylar koronavirus pandemiyası səbəbindən aprelin sonundan etibarən dayandırılıb. (Publika.az)

Paylaş: