Tramp kürəkənini Ərəbistana göndərir

30.11.2020 10:46 507 baxış sayı 2 dəq. oxuma
Tramp kürəkənini Ərəbistana göndərir

ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi Jared Kuşner kiçik bir komanda ilə Səudiyyə Ərəbistanının Neom şəhərinə səfər edəcək. 

O, vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşəcək,  İsrail ilə normallaşma və Qətər ilə gərginliyin azaldılması müzakirə olunacaq. 

Kuşner Neom ziyarətindən sonra Qətərə gedəcək, Əmir Şeyx Tamim ibn Hamed əl-Saninin qonağı olacaq. İki şəxs arasındakı görüşdə Körfəz ölkələri ilə Qətər arasındakı gərginlik, ABŞ-Qətər münasibətləri və bölgədəki digər məsələlər müzakirə ediləcək.

Onu bu səfərlərdə ABŞ-ın beynəlxalq danışıqlar üzrə xüsusi elçisi Avi Berkovitz və İranın xüsusi elçisi Brian Hook müşayiət edəcək.

Xatırladaq ki, Kuşner Trampın qızı İvana ilə evlidir

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: