01.03.2021 10:36
6
abunə
424
Trampdan Baydenə MESAJ - ''Bəlkə üçüncü dəfə...''

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il üçün namizədliyini irəli sürə biləcəyini söyləyərək "Kim bilir, bəlkə onları üçüncü dəfə məğlub etməyə qərar verə bilərəm'' açıqlamasını edib.

 20 yanvarda prezidentlik vəzifəsini demokrat rəqibi Coi Baydenə təhvil verən Tramp, Floridada ilk çıxışı zamanı salonda oturanlar tərəfindən coşğuyla qarşılanıb. O Baydeni sərt tənqid edərək, bildirib ki, 4il əvvəl başlatdığı siyasi hərəkatı hələ bitməyib və artıq yeni bir yola doğru istiqamətlənib.

"Yeni bir partiya qurmayacağam, bu istiqamətdəki xəbərlər yalandır. Respublikaçılar Partiyası bizim partiyamızdır. Qürurlu, çalışqan və vətənpərvər amerikalılar üçün hərəkatımız yeni başladı və biz də sonunda qazanacayıq''.

Digər tərəfdən, Tramp, növbəti prezident seçkiləri- 2024-cü il üçün namizəd ola biləcəyi açıqlamalarına da aydınlıq gətirib. O deyib ki,respublikaçıların əksəriyyəti onun bu addımını dəstəkləyirlər.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine