🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Trampın tərifdən bihuş olduğu anlar! Şahbaz Şərif onu Nobelə namizəd göstərdi

13.10.2025 17:47 17 baxış sayı 2 dəq. oxuma
Trampın tərifdən bihuş olduğu anlar! Şahbaz Şərif onu Nobelə namizəd göstərdi

Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Qəzza sammiti öz işinə başlayıb. Liderlər Qəzza üçün niyyət bəyanatını imzaladıqdan sonra çıxışlara start verilib.


PAKİSTAN BAŞ NAZİRİNDƏN TRAMPA MƏDHNAMƏ


Misir Prezidenti Sisi çıxış etdikdən sonra ABŞ Prezidenti Tramp bəyanatlarla çıxış edib. Daha sonra Pakistanın Baş Naziri Şahbaz Şərif kürsüyə gəlib.


"TRAMPI NOBEL SÜLH MÜKAFATINA NAMİZƏD GÖSTƏRMƏK İSTƏYİRƏM"


Şərif çıxışında Trampın ünvanına bol-bol təriflər yağdırıb. Şərif deyib: "Bu gün Prezident Trampın rəhbərlik etdiyi gərgin səylər nəticəsində sülhün əldə olunduğu müasir tarixin ən böyük günüdür. Mən bu böyük Prezidenti bir daha Nobel Sülh Mükafatına namizəd göstərmək istəyirəm. Cənab Tramp aylarla sülhün arxasınca düşüb, dünyanı daha etibarlı və yaşanılası etmək üçün əlindən gələni edib. Cənab Prezident, sizi alqışlayıram!"


TRAMP TƏRİFLƏRDƏN QANADLANDI


Tramp isə bu qədər xoş sözün qarşısında özündən getmişdi. Şərifdən təriflər eşidən Trampın üz ifadələri və mimikaları kameranın yaddaşına köçürülüb.


Paylaş: