🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Tropik Fırtınanın Qurbanları Artdı: Ölü Sayısı 126-ya Çatdı

27.10.2024 09:47 150 baxış sayı 1 dəq. oxuma
Tropik Fırtınanın Qurbanları Artdı: Ölü Sayısı 126-ya Çatdı

Filipinlərin şimal-şərqindəki Trami Tropik Fırtınasının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ölümlər sayı 126-ya çatıb. Bu haqda Filipinlərin Milli Fəlakət Riskini Azaltma və İdarəetmə Şurası (NDRRMC) məlumat verib.


Fırtına bir çox ərazidə torpaq sürüşmələrinə də səbəb olub, nəticədə bəzi bölgələr elektriksiz qalıb. Ümumilikdə 293 yol və 67 körpü istifadəyə yararsız hala düşüb. Filipinlərin prezidenti Ferdinand Marcos dünən açıqlamasında bildirib ki, sel və torpaq sürüşmələrinin təsir etdiyi bir çox əraziyə hələ də çatmaq mümkün deyil və xilasetmə əməliyyatları davam edir.


Bildiyiniz kimi, Filipinlər özünün coğrafi mövqeyi səbəbindən tez-tez tropik fırtınalara məruz qalır. Bu fırtınalar çox vaxt böyük miqyaslı zərərə və insan tələfatına səbəb olur.


Paylaş: