🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Türk Mədəniyyəti və İrsi Fondu da bəyanat yaydı

29.10.2020 06:50 506 baxış sayı 2 dəq. oxuma
Türk Mədəniyyəti və İrsi Fondu da bəyanat yaydı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub:

“Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.

Sivil insanları hədəf alaraq onlara ağır artilleriyadan atəş açılması, yalnız Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı böyük təhlükə və cinayətdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın mülki əhalisinə qarşı yönələn bu hücumları kəskin şəkildə pisləyir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini günahsız insanların qətl edilməsinə səbəb olan bu alçaq siyasətə səssiz qalmamağa çağırır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara acil şəfalar diləyir”.

Paylaş: