
Türkiyə Afrikada Qızıl Mədənləri Açacaq

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Türkiyənin Afrika qitəsində qızıl mədənləri açacağını bildirib.
Bayraktar, CNN Türk-də çıxışı zamanı, “Njier, Sudan və Somaliyə neft, təbii qaz və mədən sahələrində yatırım edirik. 2025-ci ildə Nigerdə ilk qızıl mədənimizi işə salacağıq. Artıq kəşfiyyat işləri başa çatıb. Hazırda fərqli sahələrdə araşdırmalarımız davam edir.” deyib.
O, Somali sahillərində apardığı neft axtarışları ilə bağlı da bilgi verib: "Somali üçün xüsusi bir planımız var. Türkiyənin Somali də daxil olmaqla, dünyanın müxtəlif ölkələrindəki fəaliyyəti, enerji sahəsində xarici asılılığı azaltmaq məqsədini daşıyır. Türkiyə olaraq, Somaliyə böyük bir layihə üçün, açıq dənizdə axtarış işləri aparmaq üçün gedirik. İlk dəfə olaraq, Türkiyə öz gəmiləri ilə xarici ölkələrdə hidrokarbon axtarışı aparacaq.”
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

ÜST Afrikada pandemiya ilə bağlı son vəziyyəti açı...
Son Xeberler

Afrikada koronavirusa yoluxanların sayı 240 mini ö...
İdman Xəbər

Türkiyə Dəməşqdə səfirlik açacaq
Bugun.az

Milli para-ağırlıqqaldıran Abdullah Kayapınar düny...
Son Xeberler

Peskov: Putin G20 sammitində iştirak etməyəcək
Azəri Xəbər

Qızılın rekord bahalaşması davam edir: Çərək Qızıl...
Son Xeberler


