Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa buraxıldı
İstanbul məhkəməsi Rusiyanın NTV televiziya kanalının jurnalistlərini həbsdən azadlığa buraxıb.
Bu barədə TASS xəbər yayır.
"Baş Prokurorluğa sübutlar verildikdən sonra iki rusiyalı jurnalist sərbəst buraxıldı. Onlarla birlikdə bir Türkiyə vətəndaşı da nəzarətdən azad olundu”, - deyə qeyd edilib.
Televiziya şirkətinin (NTV) mətbuat xidməti jurnalistlərin yaxın vaxtlarda Rusiyaya deportasiya ediləcəyinə aydınlıq gətirib:
"İlkin məlumata görə, yaxın vaxtlarda həmkarlarımız deportasiya olunmalıdır. Təfərrüatı dəqiqləşdiririk: rəsmi məlumatımız hələ yoxdur”.
Xatırladaq ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə öz redaksiyalarına xəbər veriblər.
Oxşar xəbərlər
Həbs edilən qazi azadlığa buraxıldı
Son Xeberler
Həbsdə olan şəhid valideynləri azadlığa buraxıldı...
Son Xeberler
Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa...
Son Xeberler
Türkiyədə deputat həbs olundu
Son Xeberler
Dələduzluqda ittiham olunan bağça direktoru ev dus...
AzMedia
DTX-nin tutduğu rəis həbsdən buraxıldı
Son Xeberler