09.06.2020 21:58
6
abunə
409
Türkiyədə koronavirusa yoluxanların sayı 172 mini ötdü

Türkiyədə bu gün koronavirusdan daha 18 nəfər ölüb.


Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.


Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 729 nəfərə çatıb.


O, qeyd edib ki, son sutkada koronavirusa 993 nəfər yoluxub. Beləliklə, Türkiyədə COVID-19-a yoluxanların sayı 172 114 nəfərə yüksəlib.


Bu gün ölkədə koronavirusla bağlı 37 225 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 2 415 179-a çatıb.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,2 milyonu ötüb. Bunların 3,5 milyon nəfərdən çoxu sağalıb, 408 mindən çoxu isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine