UG.news
Son Xeberler
Son Xeberler

20.09.2020 18:49

6 abunə

368

Türkiyədə koronavirusdan daha 61 nəfər öldü

Türkiyədə koronavirusdan daha 61 nəfər öldü

​Türkiyədə son sutka ərzində 61 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1519 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7506, virusa yoluxanlar isə 302 867 nəfərə çatıb.

Türkiyədə indiyədək 266 117 pasiyent (son sutkada 1116 nəfər) sağalaraq evə buraxılıb.