Türkiyədə koronavirusdan sağalanların sayı 149 mini ötdü
Son sutkada Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da COVID-19 qurbanlarının sayı 4 778 nəfərə çatıb.
Son sutkada 1 242 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə yeni növ virusdan sağalanların sayı 149 102 nəfərə çatıb.
Ötən gün Türkiyədə 1 195 nəfərin koronavirusla bağlı analizi müsbət çıxıb. Qeyd edilir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 175 218 nəfərə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,6 milyonu ötüb. Bunların 3,8 milyon nəfərdən çoxu sağalıb, 424 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Etiketlər
Oxşar xəbərlər
Türkiyədə daha 17 nəfər koronavirusdan öldü
Son Xeberler
Türkiyədə 1303 nəfər koronavirusdan sağaldı -
Son Xeberler
Türkiyədə koronavirusa yoluxanların sayı 181 mini...
Son Xeberler
Türkiyədə 1261 nəfər koronavirusdan sağaldı - 19-u...
Son Xeberler
Türkiyədə yüzlərlə insanda koronavirus aşkarlandı
Son Xeberler
Türkiyədə 1493 nəfər koronavirusdan sağaldı -
Son Xeberler