
Türkiyənin Müdafiə naziri Bakıya gələcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə çıxış edən Mövlud Çavuşoğlu bildirib ki, Prezidentlərinin onlara bir tapşırığı var: “Bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır”.
Nazir əlavə edib ki, Türkiyə Azərbaycanın döyüş meydanındakı qələbələri ilə fəxr edir: “Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq”.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu ilin avqust ayında da Azərbaycana səfər etmişdi.
Oxşar xəbərlər

Rusiyanın Müdafiə naziri Bakıya gəlir
Son Xeberler

Hulisi Akar Azərbaycana gəldi - TƏCİLİ
Son Xeberler

Rusiyanın bir neçə naziri Bakıdadır
Son Xeberler

Sergey Şoyqu Bakıya gəldi
Son Xeberler

Messi Azərbaycana gəlir
Xəbər Anı

Zakir Həsənov Hulusi Akara başsağlığı verib
Son Xeberler