Ukrayna Rusiyanı Amerikan raketləri ilə vurdu: Gərginlik artır
Ukrayna, ötən ay ABŞ istehsalı raketlərlə Rusiya ərazisinə hücum etmiş, iki ölkə arasındakı gərginliyi daha da artırmışdı. Bu hadisədən sonra Rusiya prezidenti Putinin nüvə doktrininə etdiyi dəyişikliklər dünyanı narahat etmişdi. İndi isə Ukrayna yenidən hərəkətə keçib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Ukrayna Rostov vilayətindəki hərbi hava limanına Amerikan istehsalı uzun mənzilli ATACMS raketləri ilə hücum edib. Nazirlik bu hücumla bağlı lazımi tədbirlərin görüləcəyini bildirib.
Taganroq şəhərindəki hərbi hava limanına edilən hücumda 6 ATACMS raketinin istifadə olunduğu bildirilir. Açığılamada, "Pantsir hava hücumundan müdafiə sistemləri 2 raketi vurub, qalanları isə elektron əngəlləmə vasitələri ilə neytrallaşdırılıb" deyilir. Hücum nəticəsində hərbi qulluqçuların yaralandığı, hava limanının iki binasının, 3 hərbi avtomobilin və mülki avtomobillərin zərər gördüyü bildirilir. Nazirlik, "Qərbin uzun mənzilli silahları ilə edilən bu hücum cavabsız qalmayacaq. Lazımi tədbirlər görüləcək" deyə vurğulayıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ötən ay Ukraynanın Bryansk və Kursk vilayətlərindəki hərbi obyektlərə də ATACMS raketləri ilə hücum etdiyini bildirmişdi. Rusiya prezidenti Vladimir Putin isə 28 noyabrda Amerikan və İngilis istehsalı uzun mənzilli silahların Rusiya ərazisinə istifadəsinə cavab olaraq Ukraynanın hərbi obyektlərinə 90 raket və 100 pilotsuz təyyarə ilə hücum etdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Zelenski ilk dəfə ABŞ raketləri ilə Rusiyanı vurdu
Son Xeberler
Putin'in Qisası: Ukrayna'ya Qatı Zərbə
Son Xeberler
Koreya yarımadasında gərginlik artır 09:35 / 17.0...
Son Xeberler
ABŞ-ın Ukraynaya Nüvə Silahı Verə Biləcəyi İddiası
Son Xeberler
Savaş meydanı böyüyür
Xəbər Anı
Paşinyan Rusiyanı BİABIR ETDİ: “İsgəndər” raketlər...
Son Xeberler