Ukrayna XİN Azərbaycan konsulluğuna hücumu pislədi

07.11.2020 13:28 653 baxış sayı 2 dəq. oxuma
Ukrayna XİN Azərbaycan konsulluğuna hücumu pislədi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun binasının atəşə tutulmasını qətiyyətlə pisləyib.

Bu barədə Ukrayna XİN-in yaydığı bəyanatda deyilir.

“Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik. Hüquq-mühafizə orqanları artıq lazımi istintaq hərəkətlərinə başlayıblar. Günahkarlar tapılaraq məsuliyyətə cəlb olunmalıdır", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası atəşə tutulub, itki yoxdur, hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Silahlı hücumun ermənilər tərəfindən təşkil olunduğu şübhə doğurmur.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: