ÜST-dən koronavirusla bağlı qorxunc XƏBƏRDARLIQ: "Sizinlə açıq danışacam..."
"Bir çox ölkələr yanlış istiqamətə gedir. Virus bir nömrəli düşmən olaraq qalır, amma bir çox hökumət və xalqların davranışı buna adekvat deyil".
Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, təməl prinsiplər nəzarətdə saxlanılmazsa, bu infeksiyada vəziyyət pisləşəcək, pisdən də pis olacaq:
"Virusla bağlı əsas məqsəd yoluxmuş insanları aşkarlamaqdı. Ancaq ayrı-ayrı liderlərdən eşidilən fərqli mesajlar ən önəmli olan təhlükəsizlik məsələlərini kökündən baltalayır".
Tedros Adhanom Qebreyesus ölkə rəhbərlərini, hökumətləri və bütün insanları infeksiyanın yayılma zəncirini qırmağa səsləyib:
"Sizinlə açıq danışmaq istəyirəm. Yaxın gələcəkdə əvvəlki kimi normal vəziyyətə qayıdış mümkün olmayacaq. Ancaq infeksiyanı nəzarətdə saxlamaqla həyatı davam etdirməyə imkan verən bir yol xəritəsi var. Bu, ölüm səviyyəsinin düşürülməsi, yoluxma sürətinin azaldılması, fərdi tədbirlərin görülməsi və əhatəli strategiyanı tətbiq edən iqtidarın fəaliyyətidir".
Oxşar xəbərlər
Azərbaycanda koronavirusla bağlı aparılan testləri...
SON Xəbər
TƏBİB koronavirusla bağlı mayın 12-nə olan statist...
SON Xəbər
TƏBİB koronavirusla bağlı məlumat yaydı -
Son Xeberler
Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı...
Son Xeberler
Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan v...
Son Xeberler
ÜST-dən koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ:
Son Xeberler