“Abşeronda baş verən qəzada 9 nəfər xəsarət alıb, onlardan 4-nə ambulator yardım göstərilib, digər 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiyaya yerləşdirilib”.
Bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Onun sözlərinə görə, yaralılardan vəziyyəti ağır olan və açıq kəllə-beyin travması alan qadın (1951-ci il təvəllüdlü Tamam Muradova) gecə rəhmətə gedib.
Ambulator yardım göstərilən yaralılardan daha birinin vəziyyəti ağırlaşdığından reanimasiyaya köçürülüb. 3 nəfər ambulator yardım edilərək evə buraxılıb.