Son Xeberler
Son Xeberler

11.09.2020 11:45

6 abunə

682

Valideynlərin DİQQƏTİNƏ! - Bunları mütləq bilməlisiniz

Valideynlərin DİQQƏTİNƏ! -

Məktəblərin açılmasına az qalıb. Bu ilin mart ayından məktəbdən ayrı düşən uşaqların məktəb həyatına adaptasiyası zaman alacaq. Başqa bir məqam isə builki vəziyyətlə bağlıdır. Koronavirus pandemiyası mövcuddur və uşaqlar müəyyən qayda-qanunlara əməl etməli olacaqlar.

Məktəbə əvvəlcə ibtidai siniflər gedəcəyindən ən çox da balacalara lazım olan qaydalar aşılanmalıdır. Bəs bu qaydalara əməl etmələri üçün uşaqları hansı formada başa salmaq olar?

Mövzu ilə bağlı psixoloq Narınc Rüstəmova danışıb. Onun sözlərinə görə, koronavirus pandemiyası böyüklərlə yanaşı uşaqlarımızın da həyatını əsaslı şəklidə dəyişib:

"Uşaqlar onsuz da bu bir neçə ayda müəyyən qədər də olasa dəyişikliklərə adaptasiya olub.

Amma qarşımızda böyük bir yol bizi gozləyir. Məktəblər açılır və həyata keçirilməsi lazım olan qayda qanunların sayı da artmış olur. Artiq uşaqlar əl gigiyenasına, maska taxmaq, spirtdən istifadəyə və.s daha çox diqqət etməli olacaqlar. Bugünə qədər biz yanlarında olmuşuq, müəyyən qədər tənzimləmişik.

Amma artıq onları bizdən ayrı sosial bir həyata yollayırıq. Qaydalara əməl etmələri üçün öncə tədbirləri nə üçün aldığımızı onların yaşına uyğun başa salmağa çalışmalıyıq".Psixoloq bildirib ki, öncə "koronavirus nədir, insanlara necə təsir gostərir ,necə yayılır və necə qoruna bilərik?"- kimi informasiyaları uşaqların yaşına uyğun bir dildə izah etmək lazımdır:

"İnternetdə axtarsanız koronavirus barədə çoxlu sayda informasiya formasında maarifləndirici videolar var.

Valideynlər istifadə edə bilərlər. Daha sonra maska niyə taxılmalıdır, əllərimizi niyə tez-tez yuyur və spirtləyirik və s. kimi tədbirləri ilkin olaraq evdə oyun formasında tətbiq edərək vərdiş yaratmalıyıq.
Həvəsləndirmək üçün yaşına uyğun rəngarəng şəkilli maskalardan alıb, maraq yaratmaq olar. Ən böyük təbliğat isə örnək olmaqdır. Ana- ata bunu övladdan tələb edir, amma özləri bu qaydalara əməl etmirlərsə uşaqda sual yaranmağa başlayacaq. Düşünəcək ki, bu həqiqətən vacibdir ya yox? Ana-ata və ailənin digər üzvlərinin bu qaydalara onun gözü önündə əməl etməsi uşağa bu vərdişləri aşılamaqda effektiv nəticə verəcək".