21.12.2020 18:39
6
abunə
537
Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların yeni siyahısı

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

Bu barədə  nazirlikdən məlumat verilib.

"Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar.

Allah rəhmət eləsin!

 
 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine