Voronejdə yaşayan soydaşlarımızdan dəstək
Xaricdə yaşayan soydaşlarımız müxtəlif platformalarda dövlətimizə və ordumuza dəstəyi davam etdirir. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün bütün imkanlarını səfərbər edən soydaşlarımız, həm də cəbhəyanı zonada yaşayan, maddi zərər dəymiş sakinlərə də vaxtaşırı kömək edirlər.
Növbəti belə bir addım Voronej azərbaycanlıları təfərindən atılıb: “Birlik” Voronej vilayəti regional milli-mədəni muxtariyyətinin sədri Mehdi Mehdiyev bildirib ki, burada yaşayan azərbaycanlılar cəbhəyanı ərazilərə yardımlarını davam etdirir. Bizim nümayəndəmiz Tərtər rayonunun Səhləbad kəndində yaşayış evləri müharibədən zərər çəkmiş sakinlərlə görüşüb. Voronejdə yaşayan azərbaycanlıların salamını və köməyini onlara təqdim edib”.
Qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu tarixi və şərəfli günlərdə dövlətimizin və xalqımızın yanında olan bütün soydaşlarımıza öz minnətdarlığını bildirir.
Oxşar xəbərlər
Gürcüstanlı soydaşlarımızdan Ordumuza dəstək
Son Xeberler
Xaricdə yaşayan azərbaycanlılardan Ordumuza dəstək
Son Xeberler
Çində yaşayan gənclərimiz dövlətimizə dəstək payla...
Son Xeberler
Əcnəbi vətəndaşlardan Ordumuza dəstək -
Son Xeberler
Niderlanddakı azərbaycanlılar ordumuza dəstək aksi...
Son Xeberler
Lənkəranda yaşayan gənclər üçün Ödənişsiz mühasiba...
Edumap.az Təhsil Portalı