VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var

20.10.2020 18:42 797 baxış sayı 2 dəq. oxuma
VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ -

Mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayaraq, vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzindən verilən məlumata görə, SkyVPN adlanan tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə olunduğunu bir daha isbat edir.

Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: