24.08.2020 11:24
6
abunə
944
Vüsalə Əlizadəyə AĞIR İTKİ: " 20 günə iki ölüm, çox xəyanətkarsan..." - FOTO

"Həyat-hər insan sənin qonağın olduğunu bilir...Bir gün gözün qaralar,çərxi-fələyin tərsinə dönər,sözünü,arzu-istəklərini ürəyində qoyub,illərlə dişi-dırnağı ilə yığıb topladığını əlindən alıb,yarı yolda əlacsız,köməksiz qapı önünə qoyarsan bu qonağı..."

Bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabında paylaşıb. O paylaşımına bu sözləri əlavə edib:

"Bütün bu ərköyünlüyünü bildiyi halda,səni sevir,sarılır,sahiblənir,iki əli və bütün varlığı ilə səndən bərk-bərk yapışır insan...Amma nafilə...Sən daha güclü,daha amansız,daha çox xəyanətkar,daha çox acgözsən həyat...Bizdə qonağı belə yola salmazlar həyat...Bax insanla sənin ən böyük fərqin də elə budur...
Bu lənətə gəlmiş virus çox dəyişdi düzənimizi,yaşamımızı,çox sarsıtdı dünyamızı...
20 gündə iki ağır itgi...İki gözəl ziyalı insan,savadlı və peşəkar həkim,ata-ana,nənə-baba itirdik...Nevroloq Məmmədov Qərib doktor və onun gözəl ziyalı xanımı Məmmədova Elmira xanım". (big.az)

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine