“Xalq Bank”a ağır itki üz verib
“Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik. Ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub”.
Bu barədə “Xalq Bank” məlumat yayıb.
Məlumatda bildirilir ki, valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif köməyə atılıb. Şahidlərin sözlərinə görə, Yusif üzərək uşaqlara çatıb, onları xilas edib, amma özü həlak olub:
“Yusif olduqca qayğıkeş insan idi. O, mehriban dost, nümunəvi ailə başçısı, dəyərli mütəxəssis, öz işinin peşəkarı idi. Bu gün o, doğulduğu İmişlidə torpağa tapşırıldı.
Yusif ailəli idi, iki azyaşlı övladı qaldı.
“Xalq Bank”ın kollektivi Yusifin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir. Bu bizim hamımız üçün ağır itkidir. Yusifin xatirəsi ürəklərdə həmişə yaşayacaq”.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xalq artistinə AĞIR İTKİ -
Son Xeberler
Xalq artistinə ağır itki üz verdi
Son Xeberler
Rasim Balayevin Ailəsində Ağır İtki
Bugun.az
Bu Gecə Bəzi Bank Kartları İşləməyəcək
Bugun.az
Tanınmış bəstəkarın ailəsində ağır itki
Son Xeberler
Azərbaycanlı məşhur müğənniyə ağır itki -
Şou Xəbər