Xankəndi aeroportu nə vaxt açılacaq? - AÇIQLAMA
''Noyabrın 10-da imzalanan üçtərəfli bəyannamənin 1-ci bəndində əksini tapan atəşkəsi, özlərini sülhməramlı adlandıran rus ordusunun seyirciliyi ilə Ermənistan ordusunun qalıqları 26 noyabr və 8,11,27 dekabr tarixlərində dörd dəfə pozdular. 2-ci bəndinə əsasən, işğal altında olan Qazax rayonunun kəndləri dekabrın əvvəlində qaytarılmalı idi. Lakin indiyədək bu kəndlər nəinki qaytarılmadı, hətta Kremlin saytındakı bəyannamə mətnindən bu barədə xatırlatma yoxa çıxarıldı''.
Bu açıqlamanı siyasi şərhçi Züriyə Qarayeva deyib. O, bildirdi ki, bəyannamənin 4-cü bəndə uyğun olaraq, Rusiya sülhməramlı kontingenti, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması ilə paralel olaraq yerləşməlidir".
''Lakin rus ordusu razılaşma imzalanan gecənin sabahı Qarabağa daşındı. Ermənistan silahlıları hələ də bölgəni tərk etməmişlər. Paradoksal haldır. Rusiya öz sülhməramlı qüvvələrinin ərazimizə gəlməsini israr edirdisə, onlar öz mandatına görə niyə Ermənistan silahlılarını torpaqlarımızdan çıxarmırlar?.
Yoxsa dünyanın bəlli bölgələrindəki sülhməramlılar, xidmət etdikləri ölkəyə tikinti materialları daşıyır, yol çəkir, kommunikasiya xətləri inşa edirlər? Ruslar məhz bu işlərlə məşğuldurlar. Rus əsgərlərinin ermənilərlə həmrəy olduqları "Berdzor" adı ilə Laçının şərəfinə qədəh qaldırdıqları videodan görünür''.
Politoloq deyir ki, imzalanan üçtərəfli bəyannamənin bəndində göstərilən "Bölgədə nəqliyyat əlaqələrinin açılması" frazasını sipər edən Rusiya, canfəşanlıqla Xankəndi aeroportunun açılmasına çalışır. Uçuş zolağının yenilənməsi, logistik sistemlərin tənzimlənməsi və rus mediasında yayılan yanvarın 10-da açılış anonsları məsələnin ciddiyətindən xəbər verir.
''Rusiyadan ermənilər üçün fasiləsiz daşınan yüklərin sonra İrəvandan Xankəndinə uzun (320km) və təhlükəli yol qət etdiyini bəhanə edən ruslar, əslində böyük hərbi-nəqliyyat təyyarələri ilə ağır hərbi mənşəli yüklərin Xankəndinə daşımaq niyyətindədirlər. Bu qədər incəlikləri bəhanələrlə əsaslandıran ruslar, qondarma rejimin aeroportda asılan bez parçasını sanki görməzdən gəlirlər. Bəyannamədə Qarabağın statusu, onların silahlıları barədə heç bir kəlmə olmadığı halda qondarma rejimin marionet "prezidenti"nin səngərdə əsgərlərlə görüşü, ordu qurmaq iddialarını yayması rusların cizdiyi ssenaridir.
Düşünürəm ki, bu dəfə Azərbaycan dövləti, cəmiyyəti və prezident İlham Əliyev özü Rusiyanın Qarabağımızda möhkəmlənməsinə yol verməyəcəklər. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi iradə və Ali Baş Komandanın Yeni il müraciətindəki ermənilərə etdiyi xəbərdarlıq bizlərdə əminlik yaradır ki, ermənilərin Xankəndini "böyük Ermənistan" yaratmaq üçün ideoloji mərkəzə çevirmək xəyalları onların könüllərində qalacaq. Geyimi və ərzağı ruslardan dilənən ermənilərdən, Azərbaycanın tamamilə məhv etdiyi bir ordunu yenidən qurmağa milyonları və səriştəsi yoxdur.
Oxşar xəbərlər
“Ağdam-Xankəndi-Şuşa yolu müəyyən müddətə açılacaq...
Son Xeberler
“Xankəndi sakinləri öz evlərinə dönəcəklər!” -
Son Xeberler
Xankəndi Rayonuna Yeni Rəhbər Təyin Edilib
Bugun.az
AZAL: Bakı aeroportu adi qaydada işləyir
Son Xeberler
Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub
Son Xeberler
Xankəndi hava limanına kim nəzarət edəcək? -
Son Xeberler