🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Xankəndidən sonra Şuşa da boşalır

14.10.2020 16:21 913 baxış sayı 1 dəq. oxuma
Xankəndidən sonra Şuşa da boşalır

Azərbaycanın işğal altında olan Şuşa şəhərinin 80%-dək əhalisi evlərini tərk edib.

Bu barədə “TASS”a yerli administrasiya rəhbəri bildirib. Onun sözlərinə görə, şəhərdə 20-30%-dən çox insan qalmayıb. Onların əksəriyyəti isə orta yaşlı şəxslərdir.

Qeyd edək ki, bundan əvvəl Xankəndidə çəkiliş aparan “Mash” teleqram kanalı şəhərin tamamilə boşaldığını əks etdirən reportaj hazırlamışdı.

 

 
Paylaş: