Xarici İşlər Naziri Bayramov BMT-nin Ali Nümayəndəsi ilə Görüşüb - FOTO
Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
Görüş BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində baş tutub. Görüşdə Azərbaycan və UNAOC arasında mövcud əməkdaşlıq, gələcək planlar, birgə layihələr və postmünaqişə dövründə bölgədəki vəziyyət müzakirə edilib.
Azərbaycanın UNAOC ilə uğurlu və məhsuldar əməkdaşlıq etdiyi vurğulanıb. Əməkdaşlıq dinamikasının inkişafında şəxsən töhfə vermiş ali nümayəndənin fəaliyyəti xüsusi qeyd edilib.
Ölkəmizin sivilizasiyalararası dialoqda oynadığı rolun önəmi qeyd olunub, bu istiqamətdə həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.
Postmünaqişə dövründə bölgədəki vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
İşğal dövrünün ağır humanitar nəticələrinə baxmayaraq, münaqişəyə son qoyulmasından dərhal sonra Azərbaycanın sülh gündəliyi təşəbbüsü ilə çıxış etdiyi və normallaşma prosesinin irəlilədilməsində ən aktiv tərəf olduğu diqqətə çatdırılıb. Sülh müqaviləsinin imzalanmasına maneə törədən bir sıra açıq məsələlərin mövcudluğu, xüsusilə Ermənistanın Konstitusiyası da daxil olmaqla, bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaların sülh gündəliyinin irəli aparılmasına mane olduğu vurğulanıb.
Etiketlər
Oxşar xəbərlər
Ceyhun Bayramov bu gün Moskvaya gedir
Son Xeberler
Prezident yeni Xarici işlər naziri təyin etdi -
Son Xeberler
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə
Son Xeberler
Azərbaycan COP29 Prezidenti Qırğızıstanın Nümayənd...
Bugun.az
Ceyhun Bayramov Rusiyaya getdi
Son Xeberler
Lavrov azərbaycanlı və erməni həmkarı ilə telefonl...
Son Xeberler