
Xüsusi icazə alıb oğurluq etdilər - FOTO

Quba rayonunda oğurluq edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb. Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verin sənəd vasitəsi ilə tərk edərək Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər.
Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Oxşar xəbərlər

Bakıda evdən 50 000 manatlıq oğurluq edildi
Son Xeberler

Repetitor xidmətlərinə icazə verildi
Son Xeberler

Bakıda oğurluq edən qardaşlar tutuldu
Son Xeberler

Tovuzda mənzildən 15 min manatlıq oğurluq olub
Son Xeberler

Bakıda gözəllik salonundan oğurluq edənlər tutuldu
Son Xeberler

Vəfa Şərifovanın evindən 25 minlik oğurluq edildi
Bugun.az