Yalçın Camalov Aqrar Kredit və İnkişaf Agentliyinə Rəhbər Təyin Edilib

26.09.2024 12:25 271 baxış sayı 1 dəq. oxuma Metbuat
Yalçın Camalov Aqrar Kredit və İnkişaf Agentliyinə Rəhbər Təyin Edilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.


Yalçın Camalov bu vəzifəyə gətirilib. O, bundan əvvəl Prezident Administrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru və bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.


Camalov bu vəzifədə Seymur Mövlayevi əvəz edib.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: