
Son Xeberler
9 abunə
Yaponiya Rusiyaya nota verdi
03.12.2020 07:01
576 baxış sayı
2 dəq. oxuma

Yaponiya Rusiyaya etiraz notası verib. "Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu bildirib.
O, Hokkaydonun şimalında yerləşən Kuril arxipelaqının Etorofu adasına "S-300V4” müdafiə sistemini quraşdıran Rusiyaya sərt reaksiya göstərib.
"Bu, Rusiyanın şimal bölgələrində hərbi gücünü artırmağa kömək edir. Bu vəziyyət ölkəmizin adalardakı mövqeyi ilə uyğun deyil və qəbuledilməzdir. Rusiyanın şimal bölgələri də daxil olmaqla Uzaq Şərqdəki hərbi meyillərini və nəticələrini yaxından izləməyə davam edəcəyik”,- deyə Baş katib bildirib.
Qeyd edək ki, II Dünya Müharibəsinin sonunda (1945-ci il) Sovet İttifaqı Yaponiyanın Sakit Okeanı ilə Oxotsk dənizini bir-birindən ayıran Kuril adalarını zəbt etmişdi. Bundan sonra Rusiya və Yaponiya arasında barışıq razılaşmasının imzalanması üçün baş tutan görüşlər nəticə verməyib.
F
Parlament müxbiri
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiya Kanadaya nota verdi
Bugun.az
203
08/11 12:25

Rusiya Azərbaycana nota verdi
Bugun.az
73
01/07 12:25

Litva Ukraynanın atəşə tutulması və Azərbaycan səf...
Azəri Xəbər
53
19/11 10:46

Samsung Exynos 2500 Prosessoru Süni İntellektlə Gü...
Texnologiya xəbərləri
29
27/11 17:20

Bu ölkədə 6,2 bal gücündə zəlzələ baş verdi
Bugun.az
129
02/04 17:25

Yaponiya ilə Rusiya arasında gərginlik: Reaktiv tə...
Son Xeberler
71
25/10 09:38


