Yaponiyada 5,4 bal gücündə zəlzələ olub

27.01.2021 08:29 563 baxış sayı 1 dəq. oxuma
Yaponiyada 5,4 bal gücündə zəlzələ olub

Yaponiyanın Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ olub.

Bunu ölkənin Baş Meteorologiya İdarəsi açıqlayıb. Zəlzələnin ocağı 130 km dərinlikdə yerləşib. Yeraltı təkanlar qonşu 4 prefekturada da hiss edilib.

İlkin məlumata görə, sunami təhlükəsi yoxdur. İtki və dağıntı barədə məlumat yayılmayıb.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: