“Yaralı əsgərlərin sayı-hesabı bilinmir” - Azaryan şikayətləndi
Sona Azaryan adlı erməni qadın Ermənistandakı acınacaqlı vəziyyətdən şikayətlənib.
Tibb sahəsində çalışan Azaryan yaralı əsgərləri müalicə edən həkimlərə münasibətdən narazılıq edib.
O bildirib: “Bu statusu müharibənin yarısını Gorusda həkimlərin yanında keçirən, tibb işçilərinə humanitar yardım və tibbi avadanlıq çatdıran bir insan kimi yazıram... Təəssüf edirəm ki, ayrı-ayrı ölkələrdən ağır vəziyyətdə olan əsgərlərimizə kömək üçün gələn həkimlərə yaxşı münasibət göstərilmir. Onlardan “Gorus” otelinin ikinci mərtəbəsində olan kafedə “haqq-hesab” çəkirlər. Hansı ki, bu həkimlər ağır gecə növbələrindən sonra paltarlarını dəyişməmiş səhər kofelərini içib yarım saatlıq yuxu yatırlar. Və bu qəhrəmanlar növbəti huşsuz şəkildə gətirilən əsgər axınına xidmət edirlər”.
Sayı-hesabı bilinməyən yaralı əsgərlərə qulluq edən həkimlərin halına acıyan qadın dövlətin bu işə diqqət ayırmadığını deyib. Azaryan narazı şərhində bildirib ki, xarici ölkələrdən gələn həkim komandasına normal səhər yeməyi verilmir, onları çox keyfiyyətsiz qidaları olan yeməkxanaya göndərirlər: “Bu, düzgün deyil. Həkimləri normal səhər yeməyi ilə təmin edin!”.
Oxşar xəbərlər
Əsgərlər ən çox Vay-fay və vanna otağı istəyir
Xəbər Anı
Azərbaycan U-23 Minifutbol Millisi Dünyada Üçüncül...
Bugun.az
"Neftçi" Yenə Qələbədən Uzaq Qaldı
Son Xeberler
“Qarabağ” 3 xalı 3 qolla qazandı
Son Xeberler
Azərreyl Avropa Kubokunda Çempion Oldu!
Bugun.az
Avropa Liqasında həftənin oyunçusu adına namizədlə...
İdman Xəbər