“Yeddi rayonda erməniləşmə prosesi gedir” – Səməd Seyidov
Dünən dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan başqa, daha konkret addımlar gözləyir.
Prezident Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasının əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etdiyini, əhəmiyyətsizləşdirdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun bu ifadəyə səssiz qalması isə haqsızlıqdır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bununla bağlı danışarkən söyləyib ki, Minsk qrupunun bizə qarşı münasibətinin dəyişməsi labüddür: “Dövlət başçısı çıxışında çox vacib məqamlara toxundu, əhəmiyyətli mesajlar verdi. Eyni zamanda dünyada gedən proseslərdən və onların ölkəmizə təsirindən söz açdı. Bu çıxışı səciyyələndirən əsas məqam isə tamamilə yeni yanaşmaydı. Düzdür, cənab İlham Əliyevin də dediyi kimi, biz konstruktiv mövqeyimizdən əl çəkmirik. Amma eyni zamanda əhəmiyyətsiz danışıqlarda daha iştirak etmək fikrimiz yoxdur. Odur ki, Minsk Qrupu hər hansı bir reaksiya göstərməlidir. Onun mövqeyi mövqesizliyindən irəli gəlir. Lakin vəziyyət dəyişməlidir. Ya sözügedən qurum iş prinsipini, formatını dəyişməli, ya da daxilində ciddi islahatlar aparılmalıdır”.
S. Seyidovun fikrincə, münasibətlərin dəyişilməsi artıq şərtdir: “Dağlıq Qarabağ 30 ildir, işğal altındadır. Bu səbəbdən də orada və ətrafdakı yeddi rayonda erməniləşmə prosesi gedir. Biz buna imkan verməməliyik. Yəni gözləmə mövqeyindən çəkilməli və Minsk qrupu qarşısında obyektiv, beynəlxalq tələblərə söykənən tələblər qoymalıyıq”.
Oxşar xəbərlər
Yeddi rayonu Azərbaycana vermək lazım idi -
Son Xeberler
Bakıda İstilik Nə Vaxt Veriləcək?
Bugun.az
"Borussiya"dan böyükhesablı qələbə
İdman Xəbər
“Qarabağ”ın oyununun yeri dəyişdi
İdman Xəbər
“Qarabağ” 3 xalı 3 qolla qazandı
Son Xeberler
Prezidentin bu gün təltif etdiyi generallar - SİYA...
Son Xeberler