Yeni dərs ilinin əsas təhlükəsi açıqlandı: Bu, koronavirus deyil
Yeni tədris ilində uşaqlar üçün koronavirusdan çox qrip böyük təhlükə yaradır.
Bu barədə Rusiya Dövlət Duması Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, RF-nin keçmiş sanitar həkimi Gennadi Onişenko məlumat verib.
O bildirib ki, hətta ən intensiv ocaqlarda belə məktəblilərin həyatını təhlükəyə atmadan yeni tədris ilinə başlamaq mümkündür, çünki uşaqlar koronavirusu nisbətən rahat keçirirlər.
“Biz daha çox qripə yoluxma hallarının artmasından narahatıq, bu il onun üç yeni ştammı müəyyən olunub. Böyük ehtimalla, xəstəlik havaların soyuması və temperaturun düşməsi ilə dövriyyəyə başlayacaq”, - deyə parlamentari xəbərdarlıq edib.
O, yeni dərs ilinin başlanğıcının normal həyata qayıtmaq üçün güclü təkan olacağını vurğulayıb. Bununla belə, infeksiyaya qarşı fərdi qorunma tədbirlərini unutmamağa, uşaqlara maska taxmağı, əllərini yumağı və məsafəni qorumağı öyrətməyə çağırıb.
Etiketlər
Oxşar xəbərlər
Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi
Son Xeberler
ÜST-dən XƏBƏRDARLIQ:
Son Xeberler
Yeni tədris ilinin başlanma tarixi bu gün açıqlana...
Son Xeberler
Bakıda yeni tikilən məktəblərin sayı açıqlandı -
Son Xeberler
Dənizdə batma təhlükəsi ilə üzləşənlər xilas edild...
Son Xeberler
"Dərs vaxtı"nın sabah üçün cədvəli
SON Xəbər