
Yeni qərar verildi: Müddət uzadıldı

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.
Etiketlər
Oxşar xəbərlər

Xüsusi karantin rejimi ilə bağlı qərar verildi
Bugun.az

SON DƏQİQƏ: Azərbaycanda rayonlara gediş-gəlişə ic...
Son Xeberler

Azərbaycanın vurduğu Rusiya hərbi helikopteri ilə...
Son Xeberler

Dollarla bağlı mühüm QƏRAR VERİLDİ
Son Xeberler

Qapalı kafe-restoranlarla bağlı QƏRAR verildi -
Son Xeberler

Muğam Mərkəzinə Beynəlxalq Status Verildi
Bugun.az