Son Xeberler
7 abunə
Yeni tədris ilində 95 şagird koronavirusa yoluxub - RƏSMİ
21.09.2020 17:48
457 baxış sayı
5 dəq. oxuma
Ümumi təhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair Təhsil Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir:
"Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.
Respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.
Respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır. 21 sentyabr 2020-ci il tarixində hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur.
21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməmişlər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olmuşlar.
Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimiin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.
Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.
Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır".
Oxşar xəbərlər
Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub
Son Xeberler
383
23/09 14:47
Bakıda buraxılış siniflərini bitirəcək şagirdlərin...
Son Xeberler
501
10/06 09:51
Daha 21 şagird koronavirusa yoluxub
Son Xeberler
326
10/10 18:27
Bu gün 52 şagird koronavirusa yoluxdu
Son Xeberler
456
12/10 16:25
Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yolu...
Son Xeberler
410
03/02 16:37
Sabah ilk dərslər bu mövzulara həsr olunacaq
Son Xeberler
433
14/09 07:23