🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Yevlaxda velosipedçini avtomobil vurub

24.09.2020 06:54 641 baxış sayı 1 dəq. oxuma
Yevlaxda velosipedçini avtomobil vurub

Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib.

Hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib. Ağır xəsarət olan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər

Paylaş: