🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Zəngəzur rayonunda ermənilər 8 kilometr geri çəkildi

05.12.2020 07:53 352 baxış sayı 2 dəq. oxuma
Zəngəzur rayonunda ermənilər 8 kilometr geri çəkildi

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən sonra Sünik (keçmiş Zəngəzur) vilayətinin erməni Kornidzor kəndi sərhədyanı olub. Kənd başçısının müavini Arkadi Xaçatryan bildirib ki, kənd indi sərhəddən 400 metr, erməni mövqeləri isə kənddən 200 metr məsafədədir.

Bu barədə news.am məlumat yayıb.

"Biz çox irəlidə idik və ilk gündən 8 km geri çəkildik. Nə edə bilərdik, dövlət sərhədi bu hissədən keçir... Bu, həyat yoludur, bu, bizim həyatımızın yoludur", - deyə Xaçatryan şikayətlənib.

Onun sözlərinə görə, kəndin mövqeyi yerli sakinlərdən ibarət dəstə tərəfindən tutulub. "...Keçən ayın 20-dən bəri mövqelərimizi müdafiə edirik... Kəndimizi qoruyuruq", - deyir Xaçatryan, kimdən müdafiə olunduqlarını və ümumiyyətlə, kimin onlara hücum edəcəyini açıqlamadan.

Paylaş: